"DÜNYANIN ƏN GÖZƏL SİMASI SƏNİNDİR"

Saga Holistik Sağlamlıq Mərkəzi Glowface Skincare-in təkmilləşməsidir, bu şirkət 2019-cu ildən bəri Təbii Cavanclaşma sahəsində fəaliyyət göstərir və üz dərisinə qulluq xidmətlərində ixtisaslaşmışdır. İndi isə, biz sadəcə dərinizə qayğı göstərməklə kifayətlənmirik. Biz sizin sağlamlığınızın və rifahınızın mahiyyətini daha dərindən araşdırmağı hədəfləyirik. Daha holistik, bütöv yanaşmaya ehtiyac duyuruq və daha da dərin bir təcrübə sizə təqdim etmək üçün dəyişdik. Saga Holistik Sağlamlıq Mərkəzi, daxili tarazlığınıza və parlaqlığınıza aparan yolda həyat və orijinallığın dinamikasının qovuşduğu yerdi.

Bizə hər səfər özünüzü tanımağa, sağalmağa və bərpaya səyahətdir. Biz inanırıq ki, əsl rifah yalnız gözəllik prosedurlarından deyil, özünə qulluqdan başlayır. Burada siz təkcə dəriyə qulluq deyil, həm də fiziki, emosional və mənəvi sağlamlığı əhatə edən sağlamlıq üçün unikal yanaşmalar tapa bilərsiniz.

Hər bir müştərinin fərdi ehtiyaclarını ödəmək üçün xüsusi olaraq hazırlanmış vahid proqramlarımızla özünüzü cavanlaşmış və enerjili hiss edin. Mütəxəssislərdən ibarət komandamız harmoniya və gözəlliyə aparan bu heyrətamiz səyahətdə sizə bələdçilik etmək üçün orada olacaq!


MƏRKƏZİMİZDƏ ƏN ÇOX SEVİLƏN PROSEDUR

MİOLİFTİNG proseduru - dərin toxumalar səviyyəsində üz və dekolte əzələlərinin qocalma əleyhinə işlənməsi üzrə ən qabaqcıl texnikadır, effekti plastik üz liftinqinin nəticəsinə bərabərdir Prosedur terapevtik məqsəd daşımaqla yanaşı, aydın estetik effektə malikdir və təcrübəli studiya mütəxəssisləri tərəfindən həyata keçirilir.

Kosmetoloqlarımız müxtəlif texnikalardan istifadə edirlər və məqsədlərindən asılı olaraq, bir seansda üz liftinqi və bukkal masajlarının elementlərini birləşdirərək, müəyyən hallarda kursla seanslar zamanı onları mikrocərəyan terapiyası ilə tamamlaya bilərlər. Hər patsiyentə fərdi yanaşmaya zəmanət veririk.
Prosedur müddəti +/-80 dəqiqəyə qədərdir.
Nəticə ilk prosedurdan sonra nəzərə çarpır.
Gözə çarpan və qalıcı nəticə əldə etmək üçün tövsiyə olunan miyolifting kursu 3-10 seansdır.






RITUAL HEAD SPA - sadəcə saç baxımı deyil. Bu, dərin rahatlanma, bərpa və daxili azadlıq ritualıdır.

Baş üçün nəzərdə tutulmuş SPA prosedurumuz insanın gərginliyi, yığılmış yorğunluğu, daxili blokları və emosional ağırlığı buraxa bilməsi üçün xüsusi yaradılmışdır. Toxunuşlar, aromaterapiya, bədən texnikaları və xüsusi atmosfer vasitəsilə insan təhlükəsizlik, sakitlik və güvən hissinə yumşaq şəkildə qərq olur.

Prosedur zamanı biz yalnız saç və baş dərisi ilə deyil, insanın ümumi daxili vəziyyəti ilə də işləyirik. Dərin rahatlanma və energetik təmizlənmə texnikaları köhnə, artıq xidmət etməyən davranış modellərindən, daxili gərginlikdən və emosional yüklənmədən azad olmağa kömək edir.
Çox zaman bu vəziyyətdə insan həyatının ən xoşbəxt və qayğısız dövrünə — uşaqlığına qayıdır.
O dövrə ki, ona qayğı göstərilir, sevgi və istiliklə əhatə olunur, rahatlanmaq və özünü tam təhlükəsiz hiss etmək mümkün olurdu.

Ritual premium professional saç baxım markası Alfaparf Milano məhsulları, həmçinin saç və baş dərisi üçün təzə dəmlənmiş otlarla müşayiət olunur. Bunlar bərpa, qidalanma və harmonizasiya effektini daha da gücləndirir.

Bu, bədən, saçlar, sinir sistemi və daxili vəziyyət üçün xüsusi bir səyahətdir. Prosedurdan sonra insan özünü daha yüngül, yenilənmiş, sakit və özünə qayıtmış hiss edir.
Prosedur müddəti - 90/60 dəq.

MÜŞTƏRİ MƏMNUNİYYƏTİ

MƏRKƏZİMİZƏ XOŞ GƏLMİSİNİZ

Biz Azərbaycanda təbii cavanlaşma üzrə olan ilk Mərkəzik. Mərkəzin konsepsiyası genetik müxtəlifliyi qoruyub saxlamaqla nəsillərin təbii yetkinləşməsini bacarıqla dəstəkləməkdir.

Bizim vəzifəmiz əl masajı üsullarından istifadə edərək, iynəsiz, cərrahi müdaxiləsiz, sağlamlıq faydaları ilə və irsi xüsusiyyətlərini pozmadan hər patsiyentin üzünün fərdi gözəlliyini vurğulamaqdır.
Mərkəzimizin sağlam, mehriban atmosferi var, enerji baxımından burada olmaq Sizə rahatliq bəxş edir.

Bundan sonra özünüzə inamsızlıq, qocalığa yaxınlaşma qorxusu yox olur, bütün əzələ blokları işlənilir və açılırlar, çoxlu sərbəst enerji yaranır və Siz daxildən və zahirdən fərqli bir insan olursunuz.

BİZİM KOMANDA

  • Səbinə Qaradağlı
    Kosmetoloq - Dəriyə qulluq üzrə ekspert - Faceyoqa təlimçisi - SAGA Mərkəzinin təsisçisi
  • Xədicə Akiyeva
    Kosmetoloq
  • Fatimə Həsənova
    Kosmetoloq
  • Rəna Səyidova
    Həkim Osteopat, Vertebroloq
  • Mila Suluxanova
    Мanual Terapevt
  • Zama Rzayeva
    Мanual Terapevt

BİZİMLƏ ƏLAQƏ

(+99455) 513 77 55
sagaholisticcenter@gmail.com
Bakı ş., Möhsün Sənani, 63
İNSTAQRAM SƏHİFƏMİZ
Close
Sualınız var? Bizimlə əlaqə saxlayın!
Düyməyə basdıqda, Məxfilik Siyasətimizlə razılaşırsınız.
Made on
Tilda